hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Quşlar kütləvi şəkildə tələf olur - Səbəblər AÇIQLANDI

Quşlar kütləvi şəkildə tələf olur - Səbəblər AÇIQLANDI

ABŞ-da yüz minlərlə köçəri quş ölü şəkildə aşkarlanıb.

Cebhe.info xəbər verir ki, bioloqlar bunun səbəbini araşdırırlar. Yüz minlərlə və bəlkə də milyonlarla ölü quş var. İlkin ehtimallara görə, səbəbi meşə yanğınları və ya iqlim böhranı ola bilər. ABŞ-dakı Nyu Mexiko Dövlət Universitetinin bioloqları son bir ayda əyalətdə yüz minlərlə köçəri quşun ölü tapıldığını öyrənməyə çalışırlar.

Quşların ölümünə səbəb olduğu düşünülən amillərdən biri də Kaliforniyada və digər qərb əyalətlərində quşları erkən köç etməyə məcbur etmiş ola biləcək meşə yanğınlarıdır. CNN-ə danışan professor Martha Desmond deyib ki, “İqlim böhranının da bunda rolu var. 1970-ci ildən bəri ABŞ-da 3 milyard quş itirdik".

Bəzi quşların köç yollarını dəyişdirməli olduqları, bəzilərinin də tüstü udduqları üçün nəfəs ağciyərlərinin zərər gördüyü düşünülür. Ölən quşar əsasən sərçəkimilərdir. Bioloqlar ölən quşların ölməzdən əvvəl qəribə davrandıqlarını bildiriblər. Məsələn, normalda kol və ağaclarda görünən quşların yerdə yemək axtardığı və böcəkləri təqib etdikləri görülüb.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 650