hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Rövnəq Abdullayev dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdü

Rövnəq Abdullayev dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdü

Əbu-Dabidə dünyanın aparıcı neft və qaz şirkətlərinin qatıldığı tədbirin işində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bir sıra nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib.

"Report" xəbər verir ki, SOCAR prezidenti ilk öncə Çinin Milli Neft Şirkətinin (CNPC) prezidenti Vang Yilinlə görüşüb.

SOCAR prezidenti və CNPC rəhbəri əməkdaşlıq məsələlərini, faydalı tərəfdaşlığa dair gələcək perspektivləri müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetirilib, əməkdaşlıq planlarından məmnunluq ifadə olunub.

SOCAR prezidenti Rövnəq Abdullayevin Səudiyyə Ərəbistanın neft şirkəti "Saudi "Aramco"nun prezidenti Amin H.Nasserlə görüşündə mövcud layihələr diqqət mərkəzində olub.

Şirkət rəhbərləri habelə gələcək planlar, ikitərəfli əməkdaşlıqla bağlı faydalı müzakirələr aparıblar. Qeyd edilib ki, əməkdaşlığın daha da genişləndirilməsi üçün bu cür görüşlərin keçirilməsi olduqca vacibdir.

Cebhe.info


Oxunma sayı: 606