hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Rövşən Məmmədov şöbə müdirini vəzifəsindən azad etdi — AzTV-dən AÇIQLAMA

Rövşən Məmmədov şöbə müdirini vəzifəsindən azad etdi — AzTV-dən AÇIQLAMA

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri davam edir.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu tutduğu vəzifədən azad edib.

Onun yerinə Elmar Əliyev təyin olunub.

Onu da nəzərə çatdıraq ki, işdən çıxarılan şöbə rəisi Natiq Kərimovu bir müddət əvvəl bu vəzifəyə Rövşən Məmmədov özü təyin etmişdi.

Teleşirkətin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, N. Kərimov AzTV-yə gələn zaman onunla 6 aylıq müqavilə bağlanıb: “Bu müddət ərzində o maliyyə məsələlərində AzTV-yə kömək etməli idi. Müddət başa çatıb və öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Bu müddət ərzində Natiq müəllim maliyyə məsələsində şəffaf sistemin təmin olunmasında bizə yaxından kömək etdi”.

Image result for Mübariz Aslanov

Cebhe.info


Oxunma sayı: 793