hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Raket mühərriklərinin ixtiraçısı vəfat etdi

Raket mühərriklərinin ixtiraçısı vəfat etdi

ABŞ-da məşhur rusiyalı alim, konstruktor, raket yaradıcısı Anatoliy Daron vəfat edib.

Cebhe. info xəbər verir ki, bu barədə "Qazeta.ru" məlumat yayıb.

Anatoliy Daron aparıcı konstruktorlardan olub.

"Vostok" və "Soyuz" raketləri Anatoliy Daronun yaratdığı raket mühərriklərinin əsasında hazırlanıb.

Görkəmli konstruktor Rusiya hökuməti tərəfindən "Qırmızı Əmək Bayrağı", "Lenin" və "Dostluq" ordenləri ilə təltif olunub. Rusiyanın Əməkdar konstruktoru adına layiq görülüb. Texnika elmləri doktoru və professor adını alıb.

Qeyd edək ki, Anatoliy Daron 1998-ci ildən ABŞ-da ailəsi ilə birlikdə yaşayırdı. Onun ölümünə səbəb isə ürək-böyrək çatışmazlığı olub.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 2212