hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Ramil Şeydayev: “Ronaldo sadəcə möhtəşəmdir” - VİDEO 

Ramil Şeydayev: “Ronaldo sadəcə möhtəşəmdir” - VİDEO 

Bu gün Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin doğum günüdür.

Cebhe.info xəbər verir ki, “Krılya Sovetov”un futbolçusunun 23 yaşı tamam olur. Bu münasibətlə Samara təmsilçisinin rəsmi Youtube kanalı azərbaycanlı forvardla bağlı süjet hazırlayıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq: 

-Sonuncu dəfə kimə zəng vurmusan? 

– Valideynlərimə, daha dəqiq desəm, atama. Hər oyundan sonra mütləq ailəmlə danışıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdə, bağçadakı vəziyyətləri ilə maraqlanıram. 

-Vatsapda son mesajınız hansı olub?

 – Dostlarımla “Yuventus” – “Atletiko” oyununu müzakirə etmişik. Ronaldo sadəcə möhtəşəmdir, “qol maşını”dır. 
-Hansı musiqiləri bəyənirsiniz? 
– Axır vaxtlar dinləmirəm. Sonuncu dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Ümumiyyətlə, musiqiyə az-az qulaq asıram.

- Futbolu seçməsəydiz… 

– Futbolu seçməsəydim, bilmirəm, taleyim necə olardı. Amma boksdan xoşum gəlir. Özümü bu idman növündə, yaxud da basketbolda sınayardım. 

-Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz? 

– Bu, mənə çox tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Bundan sonra isə yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram. 
İlkin Sultanlı 
Cebhe.info


Oxunma sayı: 3412