hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ramin Bayramlı:"Azərbaycanda peyvənd istehsalı mümkün görünmür"

Ramin Bayramlı:"Azərbaycanda peyvənd istehsalı mümkün görünmür"

"İkin mərhələdə əhlinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər. Vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır".

Cebhe.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

TƏBİB rəhbəri qeyd edib ki, vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır: "Bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaridən alınaraq Azərbaycana gətirilməsidir: “Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür. Nəinki Azərbaycanda, bir çox ölkələrdə bu mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”.

Cebhe.info


Oxunma sayı: 1926

Bizim Telegram səhifəmizi izləyin