hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Ramiz Mehdiyev İsa Həbibbəylini buna görə cəzalandırıb? - AÇIQLAMA

Ramiz Mehdiyev İsa Həbibbəylini buna görə cəzalandırıb? - AÇIQLAMA

AMEA-nın sabiq birinci vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli onu Ramiz Mehdiyevin nəvəsinin toyuna getmədiyi üçün cəzalandırılması ilə bağlı iddialara münasibət bildirib.

Unikal.org-a açıqlamasında İ.Həbibbəyli yayılan məlumatların əsassız olduğunu bildirib:

“Ramiz müəllim məni nəvəsinin toyuna çağırmamışdı. Mən çağırılmadığım məclisdə necə iştirak edə bilərəm? Bu xəbər doğru deyil. Adıçəkilən toy zamanı mən Naxçıvanda olmuşam. Həmin məzuniyyət dövrümdə orada qalmışam.”

Qeyd edək ki, Akademik İsa Həbibbəyli yanvarın 8-də AMEA-nın iclasında qəbul edilən qərarla birinci vitse-prezident vəzifəsindən azad edilmişdi.

Cebhe.info


Oxunma sayı: 1849

Bizim Telegram səhifəmizi izləyin