hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Ramosdan Messi ilə bağlı etiraf

Ramosdan Messi ilə bağlı etiraf

"Real"ın kapitanı Serxio Ramos uzun illər Lionel Messiyə görə əziyyət çəkdiklərini etiraf edib.

Cebhe.info xəbər verir ki, "The Legend of Sergio Ramos" sənədli filmi üçün danışan 34 yaşlı müdafiəçi Lionel Messi barədə səmimi etiraflarla yadda qalıb.

"Leo Messi bu illər ərzində bizə xeyli çətinliklər yaşatdı. Bəlkə də "Barselona" klubunda Leo olmasa idi, biz indikindən dəfələrlə daha çox kubok qazana bilərdik. Hətta elə zamanlar oldu ki, biz tarixin ən yaxşı "Barcelona"sı ilə qarşılaşmalı olduq. Bizim Joze Mourinyo kimi baş məşqçimiz var idi, amma buna rəğmən onlarla qarşılaşma hər zaman çətin olurdu. Qələbələrimiz çox olmurdu, həmçinin o zamanlarda aramızda yaradılan mübahisələr belə bizə mənfi təsir edirdi. Biz bu mübahisələrə qarışmaqla səhv etmişik, lakin tanrıya şükür edirəm ki, artıq daha təcrübəli və daha yetkin insanlar olduq və bu cür halların artıq tərkarlanmaması üçün çalışırıq".

Cebhe.info


Oxunma sayı: 254