hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Raquf Orucovun xatirəsinə həsr olunmuş turnir başa çatır: Bu gün finaldır

Raquf Orucovun xatirəsinə həsr olunmuş turnir başa çatır: Bu gün finaldır

Ağdam rayonunda əfsanəvi kəşfiyyatçı, “Murov qartalı” ləqəbli şəhid polkovnik Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri yekunlaşır.

Hərbi jurnalist Elgün Gəncimsoyun Cebhe.info-ya verdiyi məlumata görə, bu gün Bənövşələr qəsəbəsindəki stadionda turnirin final oyunu keçiriləcək. Oyun saat 18.30-da başlanacaq.

Qeyd edək ki, turnirdə 16 kənd və qəsəbədən 8 komanda iştirak edir. Qrup oyunları və final mərhələsi başa çatıb. Bu gün finalda Bənbövşələr və Üçoğlan kəndlərinin komandaları qarşılaşacaq.

Qaliblərə kubok və qiymətli hədiyyələr təqdim olunacaq.

Aydın
Cebhe.info


Oxunma sayı: 1002