hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Rasim Balayev Cəmil Quliyevin  təyinatından danışdı:  “Toplananların yerini dəyişəndə, cəm dəyişmir”

Rasim Balayev Cəmil Quliyevin  təyinatından danışdı:  “Toplananların yerini dəyişəndə, cəm dəyişmir”

“Mən riyaziyyatçı deyiləm, amma belə bir məsələ var - toplananların yerini dəyişəndə, cəm dəyişmir”. 

Bunu Cebhe.info-ya açıqlamasında Xalq artisti, görkəmli teatr və kino aktyoru Rasim Balayev C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasına Cəmil Quliyevin direktor təyin edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yeni direktor təyinatından asılı heç nə yoxdur: “Əsas dəyişiklik kötükdən başlamalıdır və kino inkişafında əsaslı dəyişikliklər olmalıdır. Yeni kadrlar yetişməlidir. Çox çətin məsələdir. Ona görə də mən bir söz deyə bilmirəm. Bir adamın dəyişməyi ilə orada problemlər həll olunmur. Bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Bəli, orada rəhbərlik də olmalıdır. Amma münasibət köklü formada həyata keçirilməlidir. Ona görə də bir nəfərin dəyişməsinə o qədər də ümidim yoxdur”. 

Qeyd edək ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Cəmil Elşad oğlu Quliyev C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru vəzifəsinə təyin olunub.

Buna qədər isə kinostudiyaya əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov rəhbərlik edib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1453