hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Rayon mərkəzində qəza

Rayon mərkəzində qəza

Zaqatala sakinini avtomobil vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 23 radələrində Zaqatala-Muxax avtomobil yolunda baş verib. Zaqatala şəhər sakini, 44 yaşlı Əflatun Hacı oğlu Qasıməliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən rayonun Dağlı kənd sakini 51 yaşlı Tahir İbrahim oğlu İdrisovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan T. İdrisov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 430