hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Razi Nurullayev əfv sərəncamından danışdı: "Ümid edirəm ki, adları siyahıda olmayanlar da..."

Razi Nurullayev əfv sərəncamından danışdı: "Ümid edirəm ki, adları siyahıda olmayanlar da..."

"Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının verilməsi çox müsbət addımdır və bunu yüksək qiymətləndirirəm. Sevindirici haldır ki, Əli İnsanov azad edilib və sabiq naziri azadlığa qovuşması münasibəti ilə təbrik edirəm". 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri bildirib ki, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədovun da azad edilməsinə çox sevinir:

"Onları da təbrik edirəm. Əli Kərimlinin qaynı Elnur Seyidovun da azad edilməsinə şad oldum. Elnur Seyidovu da təbrik edirəm və ailəsinə gözaydınlığı verirəm. Elnur Seyidov həbs edilən zaman bir neçə il ərzində onun azadlığa çıxması üçün çox işlər görmüşdüm.

Digər məhbuslara da tezliklə azadlıq arzulayır və ümid edirəm ki, adları siyahıda olmayan məhbuslar da yaxın zamanda əfv ediləcəklər". 

Cebhe.info


Oxunma sayı: 1112