hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Razi Nurullayev Avstriyada Qarabağ məsələsini müzakirə edib

Razi Nurullayev Avstriyada Qarabağ məsələsini müzakirə edib

"PFP (People First Party) Konsorsium"un xətti ilə Avstriya Milli Müdafiə Akademiyasının və bir neçə digər təşkilatların təşkil etdiyi konfransda iştirak edirəm. Vyanadan 100 km kənarda yerləşən Reichenau-da dünyanın müxtəlif ölkələrindən gələn ekspertlərin iştirakı ilə Cənubi Qafqaz regionunda münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edirik".

Cebhe.info xəbər verir ki, bunu keçmiş prezidentliyə namizəd Razi Nurullayev deyib. 

R.Nurullayev bildirib ki, maraqlı çıxışlar və müzakirələr keçirilir:

"Çox məsələlər danışıb, çox mətləblərə toxunduq. Konfrans "Chatham House" qaydalarına uyğun keçirildiyinə görə real konfransdan şəkil və video çəkmək olmaz. Biz də qaydalara uyğun şəkil çəkdirdik".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 683