t Razi Nurullayev Birinci vitse-prezidentə təşəkkür etdi
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Razi Nurullayev Birinci vitse-prezidentə təşəkkür etdi

Razi Nurullayev Birinci vitse-prezidentə təşəkkür etdi

“Oqtay Gülalıyevin komadan çıxmasını və Allahın möcüzə yaradaraq onu sapsağlam ayağa qaldırmasını arzu edirəm. Nə qədər dərin acı içində olsaq da, gərək doğru qərarlar qəbul edək. Bu gün Oqtay Gülalıyevin sağalması üçün Heydər Əliyev Fondu hər şeyi edib və etməkdədir. İnşallah, Oqtay Gülalıyev komadan ayılandan sonra onun reabilitasiyası da lazım olacaq. Bu da çox böyük xərc tələb edir. Onun üçün də hər kəsdən xahiş edirəm ki, Oqtay bəyin, o cümlədən bir ailənin faicəsi üzərində məqsədli planlar qurmayın, sui-istifadələrə yol verməyin!”

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, Oqtay Gülalıyevlə qohumluq əlaqələri var:

“Uzun müddət çox yaxın olmuşuq. Mediada səs-küy salmadan, onu bir gün də unutmadığımızı demək istəyirəm. Yaxşılıqları da qiymətləndirmək vacibdir. Bunun üçün də Oqtay bəyin müalicəsini üzərinə götürən Heydər Əliyev Fonduna və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkürümü bildirirəm!”

Cebhe.info


Oxunma sayı: 6106