hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Razi Nurullayev: "Dağlıq Qarabağın statusu yox, Ermənistanın kapitulyasiya şərtləri müzakirə mövzusudur"

Razi Nurullayev: "Dağlıq Qarabağın statusu yox, Ermənistanın kapitulyasiya şərtləri müzakirə mövzusudur"

“18 oktyabr Müstəqillik günümüzdür. İndi tarixi şans yaranıb ki, 2020-ni ərazi bütövlüyümüzün de-fakto təminatı ilə başa vuraq. Nə olursa olsun, inanmalıyıq, çalışmalıyıq ki, bu müharibəni tam olaraq öz xeyrimizə həll edək. 30 ildir ki, bunu gözləmişik. Bu günə olan məlumatlar bunun belə olacağı ümidlərini yaradıb və İnşallah belə də olmalıdır”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

Deputat deyib ki, Ermənistanın hərbi-siyası rəhbərliyinə, Minsk Qrupunun həmsədrlərinə etibar etmək olmaz. Paşinyanın sözünün və vədinin bir qəpik dəyəri yoxdur:

“Yalvarsa da, diz çöksə də, gözünün yaşını sel kimi töksə də timsah göz yaşlarıdır. Biz 30 ildə Ermənistanın hərbi-siyasi rəhbərliyinə etibar etməməyi öyrəndik və etibar da etməməliyik.

Nikol Paşinyan müraciət edib desin ki, Dağlıq Qarabağ Ermənistan deyil. Ali Baş Komandan belə tələb qoyub. Desin ki, qoşunlarımıza sabah saat 21.00-a kimi işğal edilən ərazilərdən çəkilməyi və ya Azərbaycan əsgərlərinə təhvil verməyi əmr edirəm. Xankəndində yaşayan erməni əhali isə yaşamaqda davam etsin və azərbaycanlı əhali də geri dönəcək. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etsin və Daqlıq Qarabağın siyasi və diplomatik həll yolunu Minsk Qrupu yenə də yazıb-pozsun.

Minsk qrupunun işsiz qalıb qalmaması bizim üçün əhəmiyyət kəsb etmir. Yenə də turist kimi gəlib getsinlər. Xoş gəlib, səfa gətiriblər. Amma bilsinlər ki, biz siyasilər olaraq nəzakət və diplomatiya xatirinə belə deyirik, incik salınmış və haqsızlığa məruz qalmış xalqımız isə belə düşünmür”.

Deputat aşağıdakıları mütləq hesab edib:

“- Azərbaycan üçün ərazi bütövlüyü qırmızı xətdir.

- Ağ bayraq qaldırsalar (bayraqları başlarına dəysin, tarix boyu quyruqları qapı arasında qalanda ilan dili çıxarıblar, balaca özlərinə gələn kimi isə buynuz çıxarıblar), Türkiyə də iştirakçı və həyata keçirilmə mexanizminə cavabdeh ölkələrdən biri olmalıdır.

- Dağlıq Qarabağın statusu yox, Ermənistanın kapitulyasiyasının şərtləri müzakirə mövzusudur.

- Xalq səfərbər olunub, milli birliyimiz Ali Baş Komandanın ətrafında birmənalı olaraq təmin edilib, hərbi üstünlüyümüz tamdır və hər kəs də son nəticəyə köklənib.

Müstəqillik gününüz yeni gözəl xəbərlərlə bəyənsin, əziz xalqımız!”

Cebhe.info


Oxunma sayı: 7063

Bizim Telegram səhifəmizi izləyin