hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Razi Nurullayev deputat həmkarını təbrik etdi

Razi Nurullayev deputat həmkarını təbrik etdi

“İlk olaraq deputat həmkarım Nizami Səfərovu Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi ilə əlaqədar təbrik edirəm. Söz almağıma isə, hörmətli sədr bir səbəb var. Təhqiqat və ilkin ibtidai istintaq məsələlərinin çox ciddi islahatlara ehtiyacı olduğunu bildirmək istəyirəm”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, əksər qanunsuzluqlar bu mərhələdə baş verir və çoxlu şikayətlər var:

“Mən sizdən bu məsələyə qəti və əsaslı yanaşma ortaya qoyulmasını xahiş edirəm. Bu mərhələdə minlərlə insan bədbəxt edilir, haqlı haqsız olur, qurban olan şəxs ikinci dəfə qurbana çevrilir və artıq onların gələcəyə ümidi itir. Nizami müəllim, məhkəmə-hüquq şurasının üzvü kimi bu məsələlərə xüsusu diqqət ayırmağınızı xahiş edirəm. Sizə böyük uğurlar arzu edirəm, hörmətli Nizami müəllim!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 826