t Razi Nurullayev İmişlinin daha 2 kəndində görüş keçirdi: Gündəm "uşaq pulu", müavinət oldu - FOTOLAR
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Razi Nurullayev İmişlinin daha 2 kəndində görüş keçirdi: Gündəm "uşaq pulu", müavinət oldu - FOTOLAR

Razi Nurullayev İmişlinin daha 2 kəndində görüş keçirdi: Gündəm "uşaq pulu", müavinət oldu - FOTOLAR

79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayev növbəti görüşlərini keçirib. 

Cebhe.info xəbər verir ki, deputatlığa namizəd bu gün İmişlinin Hacırüstəmli və Aranlı kəndlərində sakinlərlə bir araya gəlib: "Çıxışım da canlı yayımlandı. İnsanlar mənə inanır, etimad göstərir. Qürurvericidir. Hər çıxışımdan sonra əhval-ruhiyyə yüz faiz dəyişir. Yenə də gündəmim "uşaq pulu"nun verilməsi, 3 yaşa kimi pulsuz yeməyin dövlət tərəfindən təminatı və hər doğulan uşağa normal müavinət idi. Biz bunun üçün mübarizə aparacağıq.

Bu gün həm də ədalətli cəmiyyətdən, rüşvətsiz və korrupsiyasız quruculuqdan danışdım.

Hacırüstəmlidə dedim ki,  kəndin 4 namizədi var. Mən də olum 5-ci namizədiniz. Gözəl insanlardır!"

Cebhe.info


Oxunma sayı: 4984