hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Razi Nurullayev karantinə etiraz etdi: "İndi nə edək, deyək ki, dözün, səbr ilə halva bişər..."

Razi Nurullayev karantinə etiraz etdi: "İndi nə edək, deyək ki, dözün, səbr ilə halva bişər..."

"Çernoqoriya və Yunanıstan sərhədlərini tam açaraq turustləri qəbula hazırlaşır. Gürcüstan da gələn ay açılır. Çernoqoriya isə ağıllı hərəkət edir, gələnlərdən kovid-test tələb etmir, qayıdan turistlərə isə ölkələrinin tələb etdiyi tərzdə pulsuz testlər təşkil edəcək. Yəni təki turistlər gəlsin, pul xərcləsin, hotellər, restoranlar işləsin, insanlara iş yeri yaransın".

Cebhe.info xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

O bildirib ki, Azərbaycanın bir çox rayonlarında hotellər bağlanıb, restoranlar, istirahət mərkəzləri sıradan çıxıb, toyların olmaması isə iqtisadiyyatı xeyli geri salıb:

"Başqa ölkələrdə zavod, fabrik, istehsal iqtisadiyyatın hərəkətverici qüvvəsidir, bizdə isə nə edək ki, toylardır. Yüz minlərlə iş yeri bağlanıb. Bizə digər ölkələrə nisbətən sərhədləri daha tez açmaq, turistləri daha cəlbedici şərtlərlə dəvət etmək, test-filan istəməmək, yalnız qızdırması olanları yoxlamaq lazımdır. Geri dönənlərə də Çernoqoriya kimi pulsuz test imkanları yaratmalıyıq. O turist burada o testin pulundan on dəfə çox xeyir verəcək. Biz dövlətik və dövlət kimi düşünməyə borcluyuq".

Deputatın fiikrincə, dövlət gərək vətəndaşı kimi düşünməsin:

"Bizdə hamı bir gündə və nağd yolla varlanmaq istəyir. Dövlət də belə düşünsə, nə iqtisadiyyat olacaq, nə iş yeri, nə də inkişaf. On minlərlə insan isə iş yeri və dolanışıq tələb edir! İndi nə edək? Gözləyək ki, hamı açsın sərhədlərini, turistləri cəlb etsin, bizdə onların uğurlarını oxuyaq? Vətəndaşlar da iş yeri və dolanışıq üçün qapılarımızı döyməkdə, tələb etməkdə davam etsinlər...

Deyək ki, dözün, "yaz gələr, yonca bitər, yaxud səbr ilə halva bişər, ey qora səndən, bəsləsən atlas olar tut yarpağından". Məsələ burasındadır ki, quraqlıqdır, qora günəşin altında yanıb, daha cücərməyəcək, tut ağacları da susundan yanır, ipəkqurdları da istiyə dözməyib ölür... Gözləmək yox, hərəkət etmək zamanıdır!"

Cebhe.info


Oxunma sayı: 2531