t Razi Nurullayev: “Azərbaycan siyasətinin xilası sivil müxalifətçilikdədir” - VİDEO
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Razi Nurullayev: “Azərbaycan siyasətinin xilası sivil müxalifətçilikdədir” - VİDEO

Razi Nurullayev: “Azərbaycan siyasətinin xilası sivil müxalifətçilikdədir” - VİDEO

“Məncə, cənab Prezident də bir neçə dəfə “sivil müxalifət” sözünü deyib. Hakimiyyət də deyir ki, müxalifət sivil olmalıdır, sivil müxalifətlə işləməyə hazırıq. Sivil müxalifət də siyasi səhnədədir. Amma siz gözünüzü çevirib, sizi əxlaq və siyasi mədəniyyət çərçivəsində tənqid edən, sağlam görmək istədiyiniz sivil müxalifətə baxırsınızmı?” 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Hurriyyet.TV-yə müsahibədə deyib.  

“Artıq görürəm ki, bir sıra siyasətçilər barışmazlıq, sərt tənqid və aşırı radikallığa yuvarlanırlar. Onlarda belə hiss yaranıb ki, hakimiyyət də aşırı radikallarla hesablaşır. Bu çox pis tendensiyadır və təhlükəlidir. Azərbaycan siyasətinin xilası və müxalifətin dirçəlişi sivil müxalifəçilikdədir”,-deyə AXCP sədri vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 10946