hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Razi Nurullayev: “Dürüst işləyən məmurların, vəzifəli şəxslərin dəstəkçisiyəm”

Razi Nurullayev: “Dürüst işləyən məmurların, vəzifəli şəxslərin dəstəkçisiyəm”

Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev İmişlidə yenə bir ailə görüşüb.

Cebhe.info xəbər verir ki, bu haqda Razi Nurullayev özü “Facebook” hesabında məlumat yayıb.

“Cavadova Zeynəbin 14 yaşı var. İmişli rayonunun Qaraqaşlı kəndində yaşayır. Valideynləri ilə çətin söhbətimiz oldu. Uşağın minlərlə ehtiyacı olduğuna rəğmən sosial müavinət almır, əlilliyi müəyyən edilməyib. Nə hərəkət edə bilir, nə də danışa. Şok oldum ki, bu günə qədər bu məsələ həll edilməyib. Valideynləri deyir ki, hər yerə getmişik, amma “yox” deyiblər. Əslində isə onlar heç yerə müraciət etməyiblər”.

Millət vəkili məsələnin həlli ilə dərhal məşğul olub:

“O qədər pis oldum ki… İmişlinin prokuroruna zəng etdim ki, məsələni araşdırsın. Cinayət əməli varsa, ortaya çıxsın. Şübhələrim təsdiq olundu. Heç yerə müraciət etməyiblər. Çünki anadangəlmə əlildir, necə ola bilər ki, əlilliyi təyin edilməsin. Prokuror Valeh müəllim də onu düzgün təlimatlandırıb, doğru ünvana göndərib, sağ olsun. Köməkçim də məşğuldur. İnanın ki, o qədər təsirlənmişdim ki, cənab nazir Sahil Babayevə də zəng etdim. Gözəl də söhbətimiz oldu. Nazirlik ciddi işlər aparır və bunun şahidi oluram. Şəffaflıq və dürüstlük daha da artacaq, müqavimət göstərənlər var, amma mən də bir deputat, siyasi partiya sədri kimi dürüst işləyən məmurların, vəzifəli şəxslərin dəstəkçisiyəm”.

Partiya sədri Zeynəbə gəzmək üçün verilən alətə görə "Uğur Gənclər Qrupu"nun sədri Günel Abbasovaya təşəkkür, valideynlərə isə müraciət edib:

“Əziz valideynlər, əziz vətəndaşlar, çalışın doğru sənədlər toplayın, doğru ünvanlara müraciət edin, torpağı istifadə etmirsinizsə və sosial yardım məsələsində sizə maneçilik edirsə, onu adınızdan çıxarın, qanunsuz hərəkət gördünüzsə, müraciət edin. Xalqımıza əmin-amanlıq və firavan həyat arzulayıram”.

Cebhe.info


Oxunma sayı: 980

Bizim Telegram səhifəmizi izləyin