hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Razi Nurullayev: “Əgər bir prezident hakimiyyətdən gedəndən sonra təhlükəsizliyi təhdid altında olacaqsa...”

Razi Nurullayev: “Əgər bir prezident hakimiyyətdən gedəndən sonra təhlükəsizliyi təhdid altında olacaqsa...”

“Qırğızıstanda könüllü olaraq hakimiyyəti təhvil vermiş keçmiş prezident Almazbek Atambayevə qarşı hakimiyyətin atdığı addım qəbuledilməzdir. Bu, həm də bütün post-sovet məkanı üçün çox pis nümunədir. Belə çıxır ki, könüllü get, zorla get, səni yenə məhşər ayağına çəkəcəklər. Belə çıxır ki, sabiq Ukrayna prezidenti Petro Poroşenko da yanlış addım atıb hakimiyyətdən gedib. Gərək nəyin bahasına olursa-olsun, hakimiyyəti əlindən verməyəydi. O zaman da söyüləcəkdi ki, diktatordur, başkəsəndir, qanunları ayaq altına atıb əzəndir. Əgər bir prezident hakimiyyətdən gedəndən sonra təhlükəsizliyi təhdid altında olacaqsa, heç kim hakimiyyətdən getmək istəməz”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Qırğızıstandakı hadisələrə münasibət bildirərkən deyib.

O bildirib ki, demokratik cəmiyyəti qısa müddətdə qurmaq olmur: “Gürcüstan pis-yaxşı demokratiya qura bilib, amma onu quranı didərgin salıblar. Nə qədər azad cəmiyyət yarada bilsələr də, demokratiyanı, dözümlülüyü və dövlətçiliyi tam bərqərar edə bilməyiblər.

Bu, Azərbaycana da aiddir. Həm də ciddi şəkildə. Əgər qisasçılıq, qana-qan, dişə-diş düşüncəsi ilə siyasət aparacağıqsa, hakimiyyət daha da sərtləşəcək və iqtidarının ömrünü uzatmaq üçün hər cür addımlar atmağa məcbur olacaq. Qırğızıstanda, Ukraynada, Gürcüstanda, bədnam və işğalçı Ermənistanda baş verən siyasi proseslər digər ölkələr üçün doğru nümunələr yaratmır. Çox ağır dövləti cinayətlər törədən prezidentlər məsuliyyətə cəlb edilə bilər. Qısasçılıq və neytrallaşdırmaq məqsədi ilə edilən hücumlar yolverilməz və ziyanlıdır.

Qırğızıstanda baş verən hadisələr, sabiq prezident Atambayevin toxunulmazlıq statusunun ləğvi ölkəni çox geri atacaq və pis-yaxşı yaratdıqları azad cəmiyyəti və demokratiyanı süpürüb atmaq gücündədir. Sabiq prezident Roza Otunbayevadan başqa bütün keçmiş prezidentlər təqib olunur və vətəndən didərgin salınıblar. Bu yolverilməzdir”.

Cebhe.info


Oxunma sayı: 27523