hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Razi Nurullayev mühacir qalmaqalı barədə: “İsa Qəmbərin olduğu yerdə...”

Razi Nurullayev mühacir qalmaqalı barədə: “İsa Qəmbərin olduğu yerdə...”

“Müsavat Partiyasının mühacir qalmaqalında adının hallanmasına təəssüflənirəm. Mən İsa Qəmbərin olduğu yerdə saxtakarlıq olmasına inanmıram”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Almaniyada keçirilən saxta mühacir əməliyyatında Müsavat Partiyasının da adının hallanmasına dair xəbərlərə münasibət bildirərkən deyib. Razi Nurullayev hesab edir ki, bu məsələ araşdırılmalıdır: 

“Hesab edirəm ki, bütün qaranlıq məqamlar üzə çıxmalıdır!”

Xatırladaq ki, bu gün məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında Müsavat başqanı Arif Hacılı ittihamları rədd edib. Artıq 4 nəfərdən ibarət komissiya yaradıldığını və araşdırma aparıldığını bildirib.

Cebhe.info


Oxunma sayı: 17216