hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Razi Nurullayev: "Nə rüşvət verin, nə də rüşvət alın"

Razi Nurullayev: "Nə rüşvət verin, nə də rüşvət alın"

"Emil Bodurov bu gün görüşə gəldi. 6 aydır ki, müraciət edib. Seçicim deyil, mənə partiya sədri kimi müraciət edib və görüşməkdə israr edib.

Xaricdə təhsil alıb, bir neçə xarici dil bilir, elə icazə alıb işdən çıxıb qaçaraq gəlib. İllər boyu qazandığını 55 min manatı, üstəlik 10 min manatı da zəhmət haqqı kimi aldadıb alıblar. Emil yüz faiz haqlı tərəfdir deyə onu bir yüksək vəzifəli şəxsin yanına yönlındirdim, sabah qəbulda olacaq. Ona çox pislik ediblər, dövlət qurumlarının da ciddi məsuliyyətsizliyi olub, belə zənn edirəm".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, stresdən atası və anası da rəhmətə gedib:

"Eminin üzü tüklüdür, çünki valideynlərinin 40 mərasimi hələ çıxmayıb. Deyir, onlara yaxşı övlad ola bilmədim, onları da mənim dərdim öldürdü. Haqsızlıq və yalan olan cəmiyyətdə yaşamaq hər kəs üçün çətindir. Əziz vətəndaşlar özünüzü dələduz və yalançılardan qoruyun. Nə rüşvət verin, nə də rüşvət alın".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 584