hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Razi Nurullayev: "Öz dəyəri qəpik olmayanlar xalqa dərs keçməyə qalxırlar"

Razi Nurullayev: "Öz dəyəri qəpik olmayanlar xalqa dərs keçməyə qalxırlar"

"Müharibə zamanında cəmiyyətimiz birləşmişdi. İndi isə gündən-günə parçalanma və disinteqrasiya meyilləri güclənir. Xeyli qüvvələr, insanlar bir-birini parçalamağa hazırdır. Xeyli insan gözləyir ki, kiminsə ayağı büdrəsin və o da yekə bir daşı qaldırıb onun başına çırpsın, yıxılana balta ilə zərbə endirsin".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Partiya sədri bildirib ki, çoxları da din, mentalitet, namus, qeyrət pərdəsi altında zərbə endirir:

"Min hoqqadan, kələkdən, naqislikdən çıxanlarüzdə yekə-yekə, səmimi, ürəyiyanan danışıb min əyri yola gedirlər. Öz dəyəri qəpik olmayanlar xalqa dərs keçməyə qalxırlar. Siyasəti günü-gündən eybəcərləşdirirlər".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 661