hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Razi Nurullayev özünə müavin təyin etdi

Razi Nurullayev özünə müavin təyin etdi

Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev ilahiyyatçı Tural İrfanı özünə müavin təyin edib.

Cebhe.info xəbər verir ki, bu haqda Razi Nurullayev özü məlumat yayıb.

"Bu gün Tural İrfan (Tural Əhmədov) bəyin Milli Cəbhə Partiyası - MCP sədrinin dini məsələlər üzrə müavini təyin olunması ilə bağlı qərar verdim. Partiyanın Siyasi Şurasında müzakirə edilib təsdiq ediləcək. İnanıram ki, problem olmayacaq. Tural bəyi təbrik edirəm və inanıram ki, o, partiyanın inkişafında önəmli işlər görəcək", - deyə R.Nurullayev bildirib.

Qeyd edək ki, Tural İrfan (Tural Qara oğlu Əhmədov) ixtisasca ilahiyyatçı, islamşünasdır. Bir müddət ixtisası üzrə Bakı İslam Universitetində müəllim işləyib. Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsində səlahiyyətli nümayəndəsi olub. Yazıçılıq və jurnalistika fəaliyyəti ilə də məşğul olur, işğal edilmiş yurd yerlərimiz, Vətən şəhidlərimiz, vətənpərvərlik mövzusunda yazdığı səkkiz kitab müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. 2012-ci ildə Prezident tədaüdünə layiq görülüb. İlahiyyat sahəsində dini tolerantlıq, ənənəvi islam dəyərləri, islam və müasirlik, xurafatçılığın tənqidi, dinlərin ortaq nöqtələri və digər vacib mövzulara aid yüzdən çox məqalə və tədqiqatın, bir neçə elmi əsərin müəllifi, AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantıdır.

Cebhe.info


Oxunma sayı: 10374

Bizim Telegram səhifəmizi izləyin