hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Razi Nurullayev pensiyaların kəsilməsinə etiraz etdi: "60 min insan necə dolanacaq?"

Razi Nurullayev pensiyaların kəsilməsinə etiraz etdi: "60 min insan necə dolanacaq?"

“Ən azı 17 min insanın pensiyası dayandırılıb və bu, artan xətt üzrə gedərək sosial narazılığı daha da gücləndirəcək. 17 min insan ailə üzvləri ilə birlikdə 50-60 min insan deməkdir”.

Cebhe.info xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, saxta yollarla pensiya almaları onların günahı deyil:

“Tələb təklif doğurur. Şəffaflığı anladıq, amma anlamadığım bu pensiyası kəsilən insanların sonrakı dolanşığıdır. Necə yaşayacaqlar? Loru el dilində deyə bilmirik ki, canın çıxardı, gözün də ovcuna düşərdi, rüşvətlə pensiya düzəltməzdin.

Adam öldürən cinayətkarı belə çölə atmırıq axı. İsti yorğan-döşək, gündə 3 dəfə isti yemək və digər xidmətlər... Yaxşı, biz insanların ucdantutma pensiyasını dayandırırıq və əvəzində nə təklif edirik? Bu adam 5-10 il belə yaşayıb və düzənini qurub. Gəliri kəsilən kimi dönüb olur lüt. Buna sevinəkmi? Sevinək ki, yüz minə yaxın insan özünə yeni qazanc yeri tapana kimi lüt qalacaq?

Kəsib atmaq asandır, tikmək çətindir, vurmaq asandır, sığal çəkmək istək istər, tutub almaq asandır, əlini cibinə salıb kiməsə nəsə vermək ürək istər.

Onun üçün də pensiyası kəsilənlərin hər birinə alternativ qazanc yeri olan iş təklif etmək vacibdir. Vacib deyil, zərurətdir. Özümüzü onların yerinə qoyaq, heç bir dəqiqə onların yerində olmaq istəmərik”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2619