hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Razi Nurullayev seçiciləri ilə onlayn görüş keçirib

Razi Nurullayev seçiciləri ilə onlayn görüş keçirib

Milli Məclisin üzvü Razi Nurullayev bu gün seçiciləri ilə növbəti onlayn görüş keçirib.

Cebhe.info xəbər verir ki, deputat bu haqda özünün “Facebook” səhifəsində məlumat yayıb. R.Nurullayev bildirib ki, İmişli seçiciləri ilə növbəti onlayn görüş keçirib, müraciətlərini dinləyib:

“İmişli rayonu, Aranlı kənd sakini Vəliyev Nürəddin Qulam oğlu müracətində bildirir ki, kənd təsərrüfatı sahələrinin inkişafına kömək məqsədilə pambıq əkininə ayrılan subsidiyalar müxtəlif bəhanələrlə gecikdirilir. Gübrə və dərmanlar üçün fermerlərə verilən vəsaitlər hələ də hesaba köçürülməyib. Köməkçim məsələ ilə bağlı aidiyyəti üzrə İmişli rayon Aqrar İnkişaf Mərkəzinin sədri ilə əlaqə saxlayıb. Qeyd edim ki, bu və buna bənzər məsələrlə bağlı çoxlu məktublar alırıq və yalnız İmişlidən yox, demək olar ki, bütün Azərbaycandan. Onun üçün də deyəcəyim hər kəsə aiddir. Bu gün Aqrar Kredit və İnkişaf Agentliyinin sədri hörmətli Mirzə Əliyev ilə bu məsələni ətraflı müzakirə etdik. Şikayətlər var ki, kəndlərin yarısı subsidiyaları alıb, yarısı almaylb. Gecikmələrin səbəbi əkin ilə bağlı məlumatların hər cari ilin dekabrına kimi məlumatların verilməsi şərtdiir. Hansı fermer dekabr ayına qədər məlumatı veribsə onlar alıb. Gecikmə ilə verənlər isə bir az gözləsinlər və onlar da alacaqlar. Çalışın ki, tələblərə vaxtında əməl edin ki, bu kimi problemlərlə qarşılaşmayasınız”.

Deputat qeyd edib ki, İmişli rayonu, Qaralar kənd sakinləri Nuruşov Natiq və həyat yoldaşı Nuruşova Xəyalə müvafiq işlə təmin olunması ilə bağlı müraciət ediblər: “Hər iki müraciət müəllifi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin “xanəndəlik” sinfində təhsil alaraq kolleci “fərqlənmə” diplomu ilə bitiriblər. Xəyalə xanım həm də İncəsənət universitetində bakalavr və Milli Konservatoriyada magistr təhsili alıb. Xəyalə Nuruşova 2005-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən birinci Televiziya Muğam müsabiqəsinin fəal iştirakçısı olub. Bundan əlavə bir çox muğam layihələrində, Caz-muğam kompozisyalarında uğurla çıxış edib. Məktubu Mədəniyyət Nazirliyinə ünvanlamışam. Mən hər iki şəxslə görüşüb söhbət də etmişəm. Savadları, bacarıqları, mədəniyyətləri, təcrübələri tam yerindədir. Rüşvətxorluq ucbatından işə düzələ bilməyiblər. İndi o rüşvətxor əllərin kəsilmə zamanıdır. Mədəniyyət Nazirliyinin təmizlənməsi lazımdır və bu məsələ ilə ayrıca fikirlərim olacaq. Deyəsən, hələ də ora düzəlmək istəmir”.

R.Nurullayev bildirib ki, İmişli rayonu, Aranlı kənd sakini Balakişiyev Marif Meyxoş oğlu üçüncü qrup əlildir. 120 manat təqaüd alır. Aldığı məvacib dolanışığına bəs eləmir. Dəfələrlə Məşğulluq Mərkəzinə müraciət edib:

“İmişli Məşğulluq Mərkəzi ilə bağlı şikayət almaqdan yorulmuşam. Başa düşürəm ki, çox ağır məsələdir. Amma, insanları da razı salmaq lazımdır. Bu məsələ ilə ayrıca məşğul olmaq və həqiqələri üzə çıxarmaq gərəkdir”. Deputat qeyd edib ki, İmişli rayonu, Xəlfəli kənd sakini Qasımov Babək isə oğlu üçün müraciət edir: “Müraciətində bildirir ki, oğlu Qasımov Akşinin lazım olan bütün tibbi müayinə sənədləri hazır olduğu halda ona əlillik dərəcəsi verilmir. Bu məsələ diqqətimdədir və əlavə sənədlər istəmişəm. Mütləq həqiqəti üzə çıxaracam və günahkarlar varsa mütləq cəzalarını almalıdırlar”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2190