hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Razi Nurullayev:""Uşaqpulu”na qarşı çıxanlar müxalifət adından danışmaq haqqını itiriblər”

Razi Nurullayev:""Uşaqpulu”na qarşı çıxanlar müxalifət adından danışmaq haqqını itiriblər”

““Uşaqpulu” valideyinin haqqıdır, niyə almasın? Qarabağı bu uşaqlar aldılar. Onların mənəvi atası dövlətdir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Müsavat TV”-nin canlı yayımında deyib. Deputat bildirib ki, uşaq yeməkləri 150-400 manat aylıq xərc aparır:

“Bunun “Pampers”i var, həkimi var, yaşayış yerinin istiliyi və digər xərcləri var. İndi bəzi partiya sədrləri çıxıb “uşaqpulu verilsin” təklifi verənləri yaramaz adlandırır. Əsas odur ki, düşüncələr yaramaz olmasın. Cəmiyyətdə bu cür insanlar olur. Düzgün riyazi hesablama aparmağı bilməyənlər, bu tip partiya sədrləri var ki, deyirlər “uşaqpulu” verilməsin. Bu, birbaşa xalqın üzünə tüpürmək, xalqı təhqir etməkdir. Heç kim demir ki, bu gün hamıya “uşaqpulu” ver. Amma heç olmasa, başla”.

Deputat bildirib ki, ən azından 3 yaşa qədər uşaqlara yemək verilməlidir:

“Bu, dövlətin borcudur. Kimsə deyir ki, YAP “uşaqpulu” vermək istəmir. Amma YAP təmsilçisi olan deputat Elman Nəsirov “uşaqpulu” ilə bağlı sərt çıxış etdi. Digər deputatlar da “uşaqpulu”nun verilməsini dəstəkləyir. “Uşaqpulu” birmənalı şəkildə verilməlidir. Müxalifət adından istifadə edib “uşaqpulu”na qarşı çıxanlar isə müxalifət adından danışmaq haqlarını itiriblər”.

Deputat “uşaqpulu” ilə bağlı danışmaqdan yorulduğunu da deyib:

“Nə qədər demək, danışmaq olar? Amma bu özü də gözəl bir haldır ki, məsələ artıq cəmiyyətin, hökumətin, siyasətçilərin gündəminə oturub və müzakirə edilir. Məndən olsa, günü sabah ictimai dinləmələr keçirib bu prosesi başladaram”.

Cebhe.info


Oxunma sayı: 694