hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Razi Nurullayev xəstəxanada Qarabağ qazisini ziyarət edib- FOTO

Razi Nurullayev xəstəxanada Qarabağ qazisini ziyarət edib- FOTO

Deputat Razi Nurullayev bu gün Qarabağ qazisi, Çeçenistanın ilk fəxri vətəndaşı, sağlamlığını torpaq və ölkə uğrunda qurban vermiş, bu gün isə diqqətsizlikdən şikayətlənən Arif Məhərrəmovu müalicə aldığı xəstəxanada ziyarət edib.

Cebhe.info xəbər verir ki, deputatla görüşdə qazi xalqdan, dövlətdən mənəvi dəstək, diqqət istədiyini deyib.

Vətən uğrunda sağlamlığını qurban verən Arif Məhərrəmov unudulmaq istəmir.

O, hazırda Sabunçu xəstəxanasında müalicə alır.

Qeyd edək ki, Arif Məhərrəmov Azad Qafqaz Beynəlxalq İctimai- Siyasi Təşkilatin Azərbaycan nümayəndəsi, Qarabağ qazisi, Çeçenistanin ilk fəxri vətəndaşı və Millət Qəhrəmanıdır.
Cebhe.info


Oxunma sayı: 4489