hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Razi Nurullayev Yazıçılar Birliyinə getdi - GÖRÜŞ

Razi Nurullayev Yazıçılar Birliyinə getdi - GÖRÜŞ

AXCP sədri Razi Nurullayev Yazıçılar Birliyinə gedərək şair Qəşəm Nəcəfzadə ilə görüşüb. 

Cebhe.info xəbər verir ki, partiya sədri 36 kitab müəllifi olan, şeirləri onlarla dilə tərcümə olunan Qəşəm Nəcəfzadənin yubileyinə dəvət alsa da, iştirak də bilmədiyini bildirib və bu gün şairi ziyarət edib: “Maraqlı söhbət etdik. Qəşəm bəyi bir daha yubileyi münasibətilə təbrik edirəm. Yazıçılar Birliyində daha bir gözəl şairlə də rastlaşdım. Dayandur Sevgin elə Kəramət Böyükçölün əmi dediyi qədər bir səmimi şairdir. Ayaqüstü qısa söhbət etsək də, günlərə bərabər söhbət oldu. Yazıçılar Birliyinə daxil olanda ilk qarşılaşdığım yazıçı, duyğusal, çox hörmət bəslədiyim Rəşad Məcid oldu. Görməyimə çox şad oldum. Binanı tərk edəndə yenə də son gördüyüm, sağollaşdığım Rəşad Məcid oldu”.

Görüşdə Tural İrfan və Savalan talıblı da iştirak edib.

Cebhe.info


Oxunma sayı: 738