hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Razi Nurullayevdən hökumətə TƏKLİF: “İclaslara hər kəsi dəvət edin ki…”

Razi Nurullayevdən hökumətə TƏKLİF: “İclaslara hər kəsi dəvət edin ki…”

“İslahatlar doğrudursa və xalqın maraqları nəzərə alınaraq keçirilərsə, imitasiyaya yer verilməməlidir. Xalq islahatların nəticəsini, həyatının yüngülləşməsini, asanlaşmasını istəyir. Mən xəbərlər alıram ki, keçirilən iclaslarda, toplantılarda daha çox təriflər deyilir, hələ reallaşmamış islahatların, verilən sərəncam və fərmanların nəticəsi müzakirə edilir”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri bəyan edib ki, mənasız, məntiqsiz və yersiz təriflər işi tormozlamaqdan və şəxsi məqsədləri önə keçirməkdən başqa bir şey deyil: “Əgər islahatlar səmimidirsə, doğrudan da iqtisadi, siyasi və sosial sahələrdə aparılan və aparılacaq islahatların nəticə verməsini istəyirsinizsə, toplantılara hər kəsi dəvət edin. İmkan verin ki, insanlar dərdini, problemini deyə bilsin. Toplantılar tərif, yalanlar, öyrədilmiş adamların çıxışları üzərində qurulacaqsa, o zaman milləti aldatmayın!”

Cebhe.info


Oxunma sayı: 12420