hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Razi Nurullayevdən Nərminin qatiliylə bağlı çağırış: “Detalları açıqlayın”

Razi Nurullayevdən Nərminin qatiliylə bağlı çağırış: “Detalları açıqlayın”

“Nərmin balanın psixi xəstə İlkin Süleymanov tərəfindən qaçırılması və sonunda öldürülməsi mənə inandırıcı gəlmədi. Necə olur ki, bir psix, çöldə gəzən, küçədə yaşayan birisi qızı qaçırır, 50 gün gizləyə bilir, hər gün gedib zorlayır, işgəncə edir, yemək-içmək aparır, amma bu boyda kənd bunu bilmir. Ya ortada böyük yalan var, ya da bu kəndin əhalisinin göz, müşahidə və etinasızlıq problemi var. Utancvericidir. Azərbaycan milləti həqiqəti bilmək istəyir!” 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən şəxsin saxlanması xəbərlərinə münasibət bildirərkən deyib.

“Detalları açıqlayın! Bəs qızın bacısının qara maşında gördüyü qara eynəkli adamlar kim idi? Onu da maşına mindirmək istəyən kim idi? Bəs qohumların ziddiyyətli fikirləri hara getdi? Hamı narahatdır və suallara cavab gözləyir. Necə olur ki, 50 gün qonşuluqda gizlədilib, işgəncələrə, zorlamalata məruz qalan bir qızcığazı nə kənd əhalisi, nə də polis tapa bilib? Bəs kənd əhalisi niyə bu qədər etinasız olub? Çox sərt də yaza bilərəm, amma hələ ki, səbrimi basıram!”,- deyə o yazıb.

Cebhe.info


Oxunma sayı: 115864