hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Razi Nurullayevdən Qarabağ mesajı: “Ehtiyac bu gündür, sabah yox”

Razi Nurullayevdən Qarabağ mesajı: “Ehtiyac bu gündür, sabah yox”

“Hər kəs Qarabağ üçün, hər şey Qarabağ üçün. Ya olum, ya da ölüm! Bu gün birləşmək, həmrəy olmaq zamanıdır. Ermənilər təxribat törətmək üçün məqam gözləyirlər. Bu gün həm də Azərbaycan üçün dostlarını tanımaq zamanıdır. Bu gün xalqımız islam həmrəyliyini sözdə yox, əməldə görmək istəyir. Qoy müsəlman ölkələri mövqelərini bildirsinlər. Türkiyə və Pakistan mövqe sərgiləyib. Növbə digərlərinindir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, sözlə sevgi və dostluq, həmrəylik olmur:

“Azərbaycan hər zaman dostluq, müttəfiqlik və qardaşlıq üçün qollarını islam ölkələri üçün açıb, onlara gücü çatan yardımı edib, beynəlxalq aləmdə dəstək verib. İndi sizlər Azərbaycana, onun xalqına əməli dəstəyinizi göstərin. Ehtiyac bu gündür, sabah yox!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 4984

Bizim Telegram səhifəmizi izləyin