t Razi Nurullayevdən seçicilərə VƏD: "İlk qaldırdığımız məsələ uşaq pulu olacaq" - FOTOLAR
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Razi Nurullayevdən seçicilərə VƏD: "İlk qaldırdığımız məsələ uşaq pulu olacaq" - FOTOLAR

Razi Nurullayevdən seçicilərə VƏD: "İlk qaldırdığımız məsələ uşaq pulu olacaq" - FOTOLAR

Namizədlərin təşviqat kampaniyası davam edir.  

Deputatlığa namizədlər seçki dairəsinin ərazisinə daxil olan kənd və qəsəblərdə seçicilərlə görüşlər keçirir. 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçicilərlə görüşləri uğurla davam etdir. 

Cebhe.info xəbər verir ki, Razi Nurullayev bu gün rayonun 3 kəndində növbəti  görüşlərini keçirib.

Razi Nurullayev İmişli rayonunn Yuxarı Qaralar, Ölcələr və Soltanmuradlı kəndlərində keçirilən görüşlərdə deputat olacağı təqdirdə görəcəyi işlərdən və seçki platformasından danışıb:

 “Parlament tribunası sizin səsinizi eşitdirmək üçün məkan olacaq. Biz susan deputat yox, sözü silah kimi istifadə edən, millətin yaxşı yaşamını təmin etmək üçün gur-gurlayan bulaq, dağlardan üzü aşağı süzülən, səsi kilometrlərlə uzaqlıqdan eşidilən şəlalə olacağıq. İndiyə kimi millət yolunda necə addımlamışıqsa, elə də davam edəcəyik. 
İlk qaldıracağımız məsələ də uşaq pulu olacaq”.

Cebhe.info


Oxunma sayı: 23057