hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Razi Nurullayevin təşəbbüsü ilə əlillərlə görüş keçirilib

Razi Nurullayevin təşəbbüsü ilə əlillərlə görüş keçirilib

Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi nəznində fəaliyyət göstərən Protez-Ortopedik Bərpa Mərkəzin həkim nümayəndələri ilə birgə əlilliyi olan şəxslərin səyyar qəbulu keçirilib.

Cebhe.info-ya bu haqda partiyadan məlumat verilib.

Bildirilib ki, əlillər müayinə olunub, qeydiyyata alınıb və onlara əlil arabaları, protezlər, ortopedik ayaqqabılar verilib. Vətəndaşlar göstərilən qayğıya görə Prezident İlham Əliyevə, deputat Razi Nurullayevə, ƏƏSMN Sahil Babayevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Qəbulda deputatın köməkçiləri Ehtiram Mehtiyev və Vüqar Süleymanov da iştirak ediblər.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 606