hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

REAL-ın təklifi MSK-da: İşçi qrup yaradıldı: Parlamentdən müraciət

REAL-ın təklifi MSK-da: İşçi qrup yaradıldı: Parlamentdən müraciət

Milli Məclisdən Mərkəzi (MSK) Seçki Komissiyasına müraciət daxil olub.

Müraciətdə seçki vərəqələrinin düzgünlüyü, seçki yaşına çatmış Azərbaycan vətəndaşlarının seçkidə iştirakı və MSK tərəfindən işçi qrupunun yaradılması yer alıb. MSK Respublikaçı Alternativ təşəbbüs qrupunun (REAL) bir neçə qanun layihəsi ilə bağlı təqdim etdiyi 41500 imzanın yoxlanılması üçün İşçi Qrup yaradıb.

Cebhe.info əməkdaşının verdiyi məlumata görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub. MSK-nın katibi Arifə Muxtarovanın sözlərinə görə, İşçi Qrup imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olmasını yoxlayacaq. İşçi Qrupunun tərkibində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri təmsil olunacaq. MSK-nın qərarı ilə Komissiya üzvü Etibar Əliyev isə İşçi qrupunun əlaqələndiricisi təyin olunub. Proses yekunlaşdıqdan sonra İşçi Qrupun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 2209