hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

"Real Madrid" bir oyunda 9 qol vuran futbolçunu transfer etmək istəyir

"Real Madrid" bir oyunda 9 qol vuran futbolçunu transfer etmək istəyir

İspaniyanın "Real Madrid" klubu Avstriya "Zaltsburq"unda çıxış edən Erlinq Holandla maraqlanır.

Madrid təmsilçisi bu il Çempionlar Liqasında debüt edən 19 yaşlı hücumçunu yaxından izləyir.

Qeyd edək ki, Holand Çempionlar Liqasının qrup mərhələsinin I turunda Belçika "Genk"ini 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. O, bu mövsüm 11 oyuna 18 qol vurmağı bacarıb. Norveçli forvard 20 yaşadək futbolçular arasında dünya çempionatında Hondurası 12 cavabsız qolla məğlub etdikləri görüşdə 9 qolun müəllifi olub.

Cebhe.info


Oxunma sayı: 727