hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

"Real" "yapon Messi"ni aldı - rəsmi

"Real" "yapon Messi"ni aldı - rəsmi

Son olaraq, "Çelsi"dən Eden Hazardı heyətinə qatan "Real" növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi Yaponiyanın U-18 yığmasının hücumçusu Takefuso Kubo ilə anlaşıb. Ancaq gənc futbolçu ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. "Yapon Messi" adlandırılan futbolçunun hələlik "Real"ın ikinci komandası olan "Kastilyo"da forma geyinəcəyi bildirilib.

Qeyd edək ki, "Barselona"nın akademiyasında yetişən Kubo son olaraq, "Tokio" klubunda çıxış edib. Onunla Kataloniya təmsilçisi, "Bavariya", "Maneçster Siti" və PSJ də yaxından maraqlanırdı.

Cebhe.info


Oxunma sayı: 749