hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Rəfail Becanov: “Seçkilərdə birmənalı iştirak etmək lazımdır”

Rəfail Becanov: “Seçkilərdə birmənalı iştirak etmək lazımdır”

“Milli Şuranın seçkidən yayınmağın yolunu boykotda görməsi çox absurddur”

Milli Şura seçki islahatları həyata keçirilməsi və seçki mühiti yaradılması tələbi ilə bəyanat yayıb. 

Bəyanatda seçki komissiyalarının yenidən formalaşması, namizədlərin qeydiyyatına yaradılan əngəllərin aradan qaldırılması, bərabər təbliğat imkanlarının, o cümlədən, İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanlarının bərpa edilməsini əksini tapıb. Beləliklə,  Milli Şura seçkiləri boykot edəcəyi ilə bağlı mesaj verib. Özlərinin də qeyd etdikləri kimi, onlar bu taktikadan əvvəlki seçkilərdə də istifadə ediblər, amma heç bir nəticə əldə olunmayıb. Maraqlıdır ki, parlamentin buraxılmasını daha çox tələb edən radikal müxalifət indi boykotdan danışır. 

Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəblərindən danışıb: “Siyasi mübarizə üçün partiyalar və ya bloklar təsis olunubsa, mütləq mənada, seçkilərdə iştirakda maraqlı olmalıdır. Bu, siyasi partiyanın başlıca məqsədi olmalıdır. Bu məqsəd yoxdursa, onda həmin qurumlar niyə arenada qalırlar? İndiki halda görünür ki, həmin təşkilatlar heç üzərlərinə götürdükləri funksiyanı ayırd edə bilmirlər. Biz hesab edirik ki, seçkilərdə birmənalı iştirak etmək lazımdır. Seçki Azərbaycan dövlətinin, xalqının taleyi ilə bağlı olan məsələdir. Kimin iddiası varsa, o, Azərbaycan xalqının taleyinin formalaşmasında iştirak edərək, mütləq mənada, gücünü seçkidə sınamalıdır. Milli Şuranın yaydığı bəyanatı mən lazımi sənəd saymıram. Bunun doğru adı bir cığallıq nümunəsidir. Biz həmin mövqenin əleyhinəyik. Onların daim belə çığallıqla seçkidən boyun qaçırmasının başlıca səbəbi seçkiyə hazır olmamalarıdır. Əslində, siyasi təşkilatlar seçkiyə daim hazır olmalıdır.

Buna hazırlıq bir seçki başa çatdıqdan sonra digərinə qədər aparılmalıdır. Radikal müxalifət isə bəzən bunun səbəbini hakimiyyətin onları hazırlıqsız yaxalamasında görməklə izah edir. Bunların hamısı özlərinə bəraət qazanmaq üçün səslənən fikirlərdir. Əslində, sosial bazaları, lazımi səviyyədə sanballı namizədləri yoxdur ki, normal şəkildə seçkidə iştirak etsinlər. Boykot məsələsi çox absurddur. Bunu o təşkilat edə bilər ki, güclü sosial bazası olsun və bununla seçkilərin taleyinə, onun baş tutmasına təsir göstərə bilsin. Milli Şuranın belə bazası yoxdursa, seçkidən yayınmağın yolunu boykotda görməsi çox absurddur. Bu adla, sadəcə, manipulyasiya edirlər”.
Cebhe.info


Oxunma sayı: 2971