hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Rəfail Becanovdan Aznews.az-a həmkar TƏBRİKİ

Rəfail Becanovdan Aznews.az-a həmkar TƏBRİKİ

Aznews.az 7 yaşını qeyd edir.

“Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri Rəfail Becanov sayt rəhbərliyinə, kollektivə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Yarandığı ilk gündən Azərbaycan media məkanında xəbərin ünvanı kimi tanınan Aznews.az 7 yaşına çatıb. Bu müddətdə qarşısına qoyduğu məqsəddən yayınmayan, informasiya təminatı kimi çətin yükün altına çiynini verən kollektiv saytı öz sözünü deməyi bacaran informasiya təminatçısı kimi tanıtdırmağı bacarıb.

Xüsusilə sosial şəbəkənin inkişaf etdiyi bir zamanda ən müxtəlif mənbələr arasında axtarılan, etimad edilən mənbələrdən biri olmaq həm bacarıq, həm də peşəkarlıq tələb edir. Aznews.az bunların hər ikisinə sahibdir. Aznews.az-ın peşəkar komandasına qazandığı uğurların davamını və informasiya məkanında indiki kimi pay sahibi olmağı arzulayıram”.

Cebhe.info


Oxunma sayı: 3785