hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

"Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzi yaradılır" - İnam Kərimov

"Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzi yaradılır" - İnam Kərimov

Kənd Təsərrüfatı Nazirliyi İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb.

Bu barədə nazir İnam Kərimov ECO üzvlərinin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında məlumat verib.

"Mərkəzin fəaliyyəti ilə bağlı sənədin layihəsi artıq yerli dövlət qurumları və üzv ölkələrlə razılaşdırılıb. Əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində ECO-ya üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumlar və yaxud mərkəzlər sıx əməkdaşlıq edəcək”, - deyə o, qeyd edib/Report.

Cebhe.info


Oxunma sayı: 672