hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Regionda yeni iqtisadi-siyasi platforma yaranır: “Prosesdə Böyük Britaniya da yer alır” - RƏY

Regionda  yeni iqtisadi-siyasi platforma yaranır: “Prosesdə Böyük Britaniya da yer alır” - RƏY

"Azərbaycanın Qarabağ müharibəsində uğurlu qələbəsi fonunda Mehri dəhlizinin açılması yeni bir beynəlxlaq tranzit nəqliyyat dəhlizinə gətirib çıxarır. Bu, Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizidir. 2017-ci ildə Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan və Əfqanıstan hökumətləri arasında bağlanan müqavilədir. Bu müqaviləyə əsasən, ölkələr öz dəmir və avtomobil yollarını birləşdirəcək. Bu beynəlxalq marşut Gürcüstan ərazisindən keçəcəkdi. Artıq bu yol daha da qısalaraq, Türkiyənin bu dəhliz vasitəsilə Mərkəzi Asiya, Əfqanıstan və Pakistana nəqliyyat dəhlizi açılmış olur. Bu, Naxçıvanında inkişafına mühüm töhfə verəcək".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, regionda Türkiyə, Azərbaycan, Əfqanıstan və Türkmənistandan ibarət yeni iqtisadi-siyasi platforma yaranır:

"Qeyd edim ki, bu prosesdə Böyük Britaniya da yer alır, Türkiyə ilə birgə Mərkəzi Asiya, Əfqanıstan və Pakistanla sıx əməkdaşlıq əlaqələri qurulacaq. Əfqanıstan-Azərbaycan əlaqələri son aylarda yeni müstəviyə daxil olub. Əfqanıstan rəsmilərinin Azərbaycana səfərləri, Kabildə Azərbaycan səfirliyinin açılması barədə qərar qəbulu ictimaiyyətdə müharibədə dağılmış, perspektivsiz bir ölkə ilə əməkdaşlığımızın Azərbaycana nə verəcəyi sualı yaratmışdı. Məhz iki ölkə arasında qarşılıqlı səfərlər, bağlanan müqavilələr yeni bir tranzit marşrutunun açılmasına əsaslanırdı. Azərbaycan və Pakistan arasında quru əlaqə təmin edilir. Əfqanıstan Qarabağ müharibəsində Azərbaycanı tam dəstəklədi və artıq Türkiyə, Azərbaycan, Əfqanıstan, Pakistan və Türkmənistanın iştirakı ilə iqtisadi-siyasi platforma yaranır".

M.Əsədullazadə qeyd edib ki, sözügedən layihənin tətbiqi ilə İranın tranzit ölkə kimi rolu azalacaq:

"Türkiyənin bu layihədə iştirakı, Türkmənistanla yeni siyasi mərhələdə əməkdaşlığı "TransXəzər" qaz kəmərinin çəkilməsinin reallaşmasına gətirib çıxaracaq. Rusiya və İran Xəzər dənizindən bu qaz kəmərinin çəkilməsinə ekologiyanı bəhanə edərək mane olur. Amma yeni bir "Lapis Lazuli" beynəlxalq tranzitin açılması Türkiyə və Pakistanın birgə səyləri nəticəsində Xəzər dənizinin dibi ilə "TransXəzər" qaz çəkilməsinin qarşısında maneəni aradan qaldırılacaq. Bu tranzit vasitəsi ilə Pakistan, Türkmənistan və Əfqanıstanın Avropaya çıxışı təmin edilir.

Əfqanıstan, Pakistan və Türkmənistanın yüklərinin Azərbaycan üzərindən daşınması təhlükəsiz, qısa yoldur, ölkəmiz yeni bir tranzitin açılmasına böyük töhfə verdi. Məhz son aylarda Əfqanıstan Azərbaycan və Türkmənistanla sıx əməkdaşlıq, qarşılıqlı səfərlər, həmçinin Türkiyənin Türkmənistan, Əfqanıstan və Pakistanla əlaqələri yeni bir regional platformaya əsaslanırdı. Burada İranın tranzit ölkə statusu zəifləyir. Türkmənistan qazının bir müddətdən sonra Çin və Rusiyaya ixracı Avropa ilə əvəzələnəcək”.

Ekspert bildirib ki, hökumət ölkədə iqtisadi rəqabətliliyi təmin etməli, ölkədə monopoliya və gömrük sistemində islahatlar həyata keçirməlidir:

“Bu kimi iqtisadi layihələrin reallaşmasında birbaşa vətəndaşların rifahına gətirib çıxarsın".

Cebhe.info


Oxunma sayı: 815

Bizim Telegram səhifəmizi izləyin