hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Rəqəmsal sektor: "Əvvəlki göstəricilərini bərpa edə bilmir"

Rəqəmsal sektor: "Əvvəlki göstəricilərini bərpa edə bilmir"

"Gələn il elektron hökumətin inkişafı ilə bağlı BMT-nin növbəti Reytinq cədvəli açıqlanacaq.

Son bir neçə ildir ki, Azərbaycan bu siyahıda nəinki vəziyyətini yaxşılaşdırmaqda çətinlik çəkir, əksinə əvvəlki göstəricilərini bərpa edə bilmir".

Cebhe.info-nun xəbərinə görə, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O, 2016-cı ildə Azərbaycanın BMT-nin "Elektron hökumətin İnkişafı İndeksi" üzrə hesabatına görə 190 ölkə arasında, son 10 ildəki ən yaxşı nəticəni, 56-cı yeri qazandığını xatırladıb:

"Lakin 2018-ci ildə 14 pillə geriləyərək 70-ci yerdə, 2020-ci ildə heç bir dəyişiklik baş vermədən yenə də 70-ci yerdə qərarlaşa bilib. BMT-nin adıçəkilən hesabatının hazırlanmasında 200-dən çox ekspert iştirak edir, 3 istiqamət (elektron xidmətlər, telekommunikasiya infrastrukturu və insan kapitalı) üzrə dəyərləndirmələr aparılır.

Prezidentin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanından sonra ölkədə eGov inkişafı sahəsində bir sıra işlər görülüb.

Lakin BMT hesabatından göründüyü ki, inkişaf etmiş ölkələrdə, elə MDB məkanına daxil olan ölkələrdə də görünür ki, daha çevik hərəkət edə biliblər".

Ekspert qeyd edib ki, 2020-ci il hesabatından görsənir ki, Qazaxıstan, Ukrayna və Belarus ötən müddətdə bu sahədə vəziyyətlərini xeyli yaxşılaşdıra biliblər:

"Düşünürəm ki, ölkədə eGov-la əlaqəli dövlət qurumları arasında koordinasiya və inteqrasiya sahəsində, telekommunikasiya və internet infrastrukturunun yenidən qurulması istiqamətində və vətəndaşların elektron iştirakçılığı sahəsində, xüsusilə də regional eGov sahəsində işləri canlandırmaq lazımdır.

"Rəqəmsal Azərbaycan", "Elektron hökuməin inkişafı" və "Regional eGov" ilə bağlı dövlət proqramlarının qəbulunu sürətləndirmək lazımdır".

Naibə
Cebhe.info


Oxunma sayı: 507