hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rəqib düşərgədə ziddiyyət: Trampın prezidentliyə yolu açılır

Rəqib düşərgədə ziddiyyət: Trampın prezidentliyə yolu açılır

ABŞ Prezidentliyinə Demokratlar Partiyasının namizədi Co Bayden seçkilərdə qalib gələrsə, Kamala Harris vitse-prezident postunu tutacaq.

Bu halda xanım Harris ABŞ arixində ilk qadın vitse-prezident ola bilər. 55 yaşlı demokrat-senator, Kaliforniya ştatının sabiq baş prokuroru Kamala Harris güclü siyasi iradəyə malik siyasətçi hesab edilir.

"Mən Kamala Harrisi öz müttəfiqim, adi insanlar üçün qorxmaz döyüşçü, ölkənin ən yaxşı məmurlarından biri seçdim"-Bayden özünün “Tvitter” hesabında elə yazıb.

Harris son günlər Co Baydenlə kifayət qədər yaxın görünsə də aralarında fikir ayrılıqlarının az olmadığı yaxşı məlumdur. Ona görə də vitse-prezident axtarışında olan Co Baydenin məhz K.Harrisin üzərində dayanması siyasi müzakirələrə səbəb olub.

Ötən il prezidentliyə iddiasını ortaya qoyan K.Harris partiyadaxili praymerizdə cənab Baydeni sərt tənqid edib. Sonradan kokuslarda reytinq qazana bilmədiyinə görə namizədliyini geri götürsə də bəziləri onun yeni surətdə dönüşünü istisna etmirdilər. Artıq bu proqnoz özünü doğruldub və Baydenin qələbə şansı yüksək olduğundan xanım Harris Ağ Evin ikinci rəhbəri postunu qazanmaq şansı əldə edib.

Monmauz Universitetinin avqustun 10-da keçirdiyi sorğunun nəticələrinə görə, 51 faiz üstünlüyə malik Co Bayden hazırkı prezident Donald Trampı 10 faiz geridə qoyur. Rəyi soruşulanların 41 faizi D.Trampa səs verməyə hazır olduğunu bildirib. Bu baxımdan, xanım Harrisin vitse-prezident olmaq imkanları yüksək görünür.

Ancaq istər amerikalı, istərsə də digər siyasi müşahidəçiləri bir sual daha çox düşündürür: “Co Baydenlə Kamala Harris arasındakı fikir ayrılığına son qoyulubmu?”

Bununla bağlı dəqiq məlumat olmadığından birmənalı cavab vermək çətindir. Hər iki namizədin razılaşdığı kompromis şərtlər açıqlanmayıb. Baydenin siyahısında vitse-prezidentliyə 11 nəfərin adı yazılıb.

Lakin o, praymerizdə məğlub olmuş xanım senatora bu vəzifəni təklif edibsə, deməli, əsas güzəştə gedən tərəfin də Harris olduğunu söyləmək olar. Əks təqdirdə, ziddiyyətin davam etməsi həm Demokratlar Partiyasının avqustun 24-29-da qurultayında, həm də noyabrın 3-də keçiriləcək prezident seçkilərində hər iki namizədin mövqelərinə ciddi zərbə vura bilər. Yəni 2016-cı ildə olduğu kimi, demokratların düşərgəsində yenidən bölünmənin baş verməsi Donald Trampın qələbəsini təmin etmiş olar.

Bu səbəbdən, Kamala Harrisin vitse-prezidentliyə irəli sürülməsi Donald Trampı da xeyli təəccübləndirib. ABŞ prezidenti Kamala Harrisin praymerizlərdən çox zəif çıxdığını xatırladıb:

“Onun təxminən iki faizi var idi, çox pul xərcləyirdi...Onu seçdiklərinə təəccübləndim. O, Co Baydenə qarşı Pokaxontasdan (Elizabet Uorren) daha pis hörmətsizlik etdi. O, yuxulu Co haqqında dəhşətli şeylər dedi və onu seçdiyini təsəvvür etmək çətindir”.

Xanım Harris Bayden haqqında “O, həyatını bizə həsr etməklə Amerka xalqını birləşdirməyə qadirdir” -desə də anlaşmanın detallarını açıqlamayıb.

Halbuki, partiyadaxili praymeriz zamanı xanım Harris ABŞ siyasətinin veteranı adlandırdığı Baydenin çoxlu səhvlər buraxmaqdan yorulduğunu demişdi.

Ekspertlərin fikrincə, Kamala Harrisi Co Bayden üçün cəlbedici edən əsas iki amil var. Birincisi, demokratların milli azlıqlara meylli olmasıdır. Həm afroamerikalı Corc Floydun öldürülməsindən sonra polis zorakılığına qarşı baş verən etiraz aksiyaları, həm də bu hadisələrin seçki prosesinə düşməsi həmin meyli artırıb. Digər məqam Kamala Harrisin atasının Yamayka, anasının isə Hindistan mühaciri olmasıdır.

Kamala Harris bir sıra müsbət və mənfi cəhətləri ilə xarakerizə olunan siyasətçi sayılır. Onun güclü natiqliyi və xarizması yüksək keyfiyyətləri sayılır. Bu yolla o, keçmiş vitse-prezidentin kampaniyasına çox vacib bir təkan verə bilər. Bəlkə də enerjisi ilə hətta Trampın Baydenin yuxululuğuna işarə etməsinə son qoyacaq. Prokurorluq orqanları işləməsi sayəsində o, cəsarət və dəqiqlik qazanıb.

Bu cəhətləri xanım Harrisə nüfuz qazandırıb. Corctaun Universitetinin avqustun 6-da keçirdiyi sorğu seçicilərin 43 faizinin ona müsbət yanaşdığını göstərir. Mənfi münasbət göstərənlər isə 36 faiz təşkil edib.

Eyni zamanda, siyasətçinin mənfi tərəfləri də var ki, bu da onun Kaliforniya prokurorluğu və San-Fransisko dairəsindəki fəaliyyəti ilə əlaqələndirilir. Harris, polisdəki karyerası boyunca bir sıra böyük qalmaqallarla, o cümlədən sənədlərin saxtalaşdırılması və saxta polis dəlilləri ilə üzləşib. Ümumiyyətlə, bəzən hədəfinə çata bilməsə də şöhrətinə qayğı göstərmək Harrisin zəif cəhətidir.

Siyasətçinin qanunlardan seçki məqsədilə istifadəsi və əhalinin müxtəlif qrupları arasında manevr etdiyi qeyd edildi. Məsələn, Harris Kaliforniya ştatında edam cəzasının qadağan edilməsinə qarşı mübarizə apararaq dövlət qanununu şəxsi rəydən üstün tutdu və ya bölgə sakinləri tərəfindən bu təşəbbüsün təsdiqlənməsinə baxmayaraq gey nikah qadağanına məhəl qoymadı. Beləliklə, Harris Kaliforniyada ölüm hökmünün qadağan edilməsinə qarşı mübarizə apararaq dövlət qanunlarını şəxsi rəydən üstün tutub. Yaxud bölgə sakinləri tərəfindən irəli sürülən təşəbbüsün təsdiqlənməsinə baxmayaraq, eyni cinslilərin nikahına qoyulan qadağaya məhəl qoymayib.

Xarici siyasətdə Kamala Harris ABŞ qoşunlarının Əfqanıstandan və Suriyadan çıxarılmasının tərəfdarıdır. O, eyni zamanda, ABŞ-ın İranın nüvə proqramına dair Hərərəfli Fəaliyyət Proqramına qayıtmasını təklif edir. İsraillə əlaqələrin gücləndirilməsinin vacib hesab edən K.Harris Çinlə icarət sazişinin imzalanmasına qarşı çıxır. O, Krımın Rusiya tərəfindən ilhaqını tənqid edir. Xanım Harris Yaxın və Orta Mənzilli Raketlərdən İstifadənin ləğvinə dair sazişə dair Rusiya ilə dialoqu vacib sayır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 815