hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rəşad Məcid: "30 il dözmüşük, 3 ay dözə bilmirik"

Rəşad Məcid: "30 il dözmüşük, 3 ay dözə bilmirik"

Son zamanlar sosial şəbəkələrdə bəzi şəxslərin aktiv şəkildə ordumuz haqqında fikirlər bildirməsi, işğaldan azad edilən ərazilərin sayını artıraraq onlar haqqında məlumatlar verməsi etirazlara səbəb olub.

Cebhe.info xəbər verir ki, mövcud vəziyyətə etiraz edənlərdən biri də "525-ci qəzet"in baş redaktoru Rəşad Məciddir.

O etirazını "Facebook" hesabında yazıb. Bildirib ki, bəzi adamlar elə bilirlər, müharibə kompüter oyunudur: “Bizim kənd nooldu?”, “Şuşanı almadıq?”, “Tvit gözləyirik” və daha nələr:

"Ordumuzun rəşadəti, Şəhidlərimizin qanı, Ali Baş Komandanın qətiyyəti hesabına, bir çox kənar təzyiqlərə rəğmən, torpaqlarımız işğaldan azad olunur! 30 il dözmüşük, 3 ay dözə bilmirik!.."

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1860

Bizim Telegram səhifəmizi izləyin