hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Rəsədxanadan ölkədə geomaqnit qasırğanın səviyyəsi ilə bağlı –Açıqlama

Rəsədxanadan ölkədə geomaqnit qasırğanın səviyyəsi ilə bağlı –Açıqlama

Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakit olub.

Günəş küləyi parametrlərinin hazırki rejimin qalacağı proqnozlaşdırılır. 13 iyul tarixində isə Günəş küləyinin sakit rejimə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə (11-12 iyul) geomaqnit sahədə həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da, 13 iyulda effektin təsirinin zəifləməsi ilə nisbi sakit şəraitə qayıdacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13 iyulda 5%-dən aşağı qiymətləndirilir

Cebhe.info

 


Oxunma sayı: 364