hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Rəsmi Yerevan: İndi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur

Rəsmi Yerevan: İndi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur

Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Zöhrab Mnatsakanyan, Ermənistan və Azərbaycan liderlərinin Qarabağ məsələsi ilə bağlı mümkün görüşü barədə danışmağın tez olduğunu söyləyib.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Bundan əvvəl Xarici İşlər Nazirliyi Mnatsakanyanın sentyabrın 23-də Nyu Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş keçirəcəyini bildirmişdi.

"Dövlət başçılarının görüşünə gəlincə... Hələ tələsməyə dəyməz. İndi bu görüşə (Xarici İşlər nazirlərinin Nyu-Yorkdakı görüşü-red.) köklənmişik və bundan sonra hansı addımın atılacağını görəcəyik. Bu mərhələdən keçmək, sonra nəyisə planlaşdırmaq çox vacibdir Növbəti addımı - dövlət başçılarının görüşünü gördüyümüzü söyləmək tez olardı",-deyə Mnatsakanyan jurnalistlərə bildirib.

Cebhe.info


Oxunma sayı: 5952