hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Respublika ərazisində taxıl biçini davam edir

Respublika ərazisində taxıl biçini davam edir

Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb.

Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, ölkə ərazisində 595192,25 hektar ərazidə taxıl biçini aparılıb, 299218,7 hektar ərazidə arpa, 295973,6 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1890393,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir. Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb.

Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13284 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir.

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Şəki

21626,3

20210

34,3

Sabirabad

9600

9600

37,5

Zərdab

5730

5730

30,6

Yevlax

5082,5

5082,5

29,0

Cəlilabad

4509,1

4500

34,9

Bərdə

2601

2601

38,9

Beyləqan

1765

1760

29,2

Ağsu

16036

15610

31,0

Biləsuvar

14900

14900

30,9

Hacıqabul

11008

9967

30,0

Goranboy

13449

13284

29,0

Qax

2881

2868

26,0

Masallı

2786

2786

21,4

Füzuli

8505

8502

29,1

Ağdam

2215

2215

35,5

Tərtər

3815

3815

33,7

İmişli

6322

6322

34,2

Göyçay

6851

6711

30,5

Salyan

9917

9917

36,2

Ağdaş

11630

11062

23,5

Saatlı

5822

5822

36,2

Siyəzən

2516

2375

28,4

Balakən

457,7

457,7

28,7

Cəbrayıl

550

550

30,5

Ucar

7716

7716

26,7

Zaqatala

3360

2503

27,0

Cebhe.info


Oxunma sayı: 991