hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Rəsul Quliyev: “Bəzi müxalifətçilər köhnə xasiyyətlərindən əl çəkə bilmirlər”

Rəsul Quliyev: “Bəzi müxalifətçilər köhnə xasiyyətlərindən əl çəkə bilmirlər”

“Azərbaycan hələki keçmiş Sovet Respublikaları arasında işğal edilmiş torpaqlarını azad etmiş yeganə ölkədir.

Əlbəttə, bu 44 günlük vətən müharibəsi Azərbaycanın tarixinə qızıl həriflərlə yazılacaq. Heç kim, o cümlədən mən 2020-ci ilin axırına qədər bu torpaqların azad ediləcəyinə inanmırdı.

Azərbaycanın az itgi ilə belə ildırım sürətli müharibəsi həm beynəlxalq aləmdə, həm də keçmiş sovet məkanında, o cümlədən Ermənistanda şok situsiyası yaratdı. Ən əsası problemlərin olmasını istəməyən Qərb ölkələri hadisələrin belə nəticələnməsindən çox məmnun oldular. Əslində Azərbaycanı dəstəkləyirlər”.

Bunu Cebhe.info-ya açıqlamasında sabiq spiker Rəsul Quliyev deyib.

O bildirib ki, işğal olunmuş ərazilərdən həmişə hökümətin əleyhinə istifadə edən bəzi müxalifəçilər də Ermənistan səviyyədə şoka düşdülər, ancaq köhnə xasiyyətlərindən əl çəkə bilmədilər:

“İndi müharibə bitib. Ancaq Azərbaycanın qarşısında daha mürəkkəb, daha əzəmətli vəzifələr dayanıb. Bu problemli məsələlər həllini gözləyir. Ən əsas məsələ isə Ermənistanla bütün sahələri - sərhəddən tutmuş bir daha müharibə etməməyi əhatə edən müqavilənin bağlanmasıdır. Bu müqavilənin daxilində:

- Azərbaycan-Naxçıvan-İrəvan dəmir və asfalt yolu razılaşması;
- Bu yolların Türkiyə asfalt və dəmir yolları transport əlaqələri ilə birləşməlisi;
- Rus sülhməramlı qüvvələrinin regiondan çıxması və sairə məsələlər ətrafında olmalıdır.

Azərbaycan Respublikasının prezidenti yuxarı Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına heç bir əlavə statusun verilməyəcəyini bir neçə dəfə elan edib.

Ermənistan Azərbaycanla dostluq əlaqələri yaratmaq istəyirsə (bu onlara hava və su kimi lazımdır) bunu qəbul etməlidirlər. Qarabağda yaşamış ermənilər fərdi şəkildə Azərbaycanın müvafiq orqanlarına müraciət edib vətəndaşlıqlarını təsdiqləyən sənədlər almalıdır”.

Rəsul Quliyev əlavə edib ki, indi Ermənistanda parlament seçkilərini qazanmaq uğrunda mübarizə gedir:

“Keçmiş prezidenlər Köçəryan, Sarkisyan və Baş naziri vəzifəsini icra edən Paşinyan arasında kreslo uğrunda küçə söyüşləri səviyyəsində təhqirlər baş alıb. Hakimiyyətə istənilən variantda Azərbaycan və Türkiyəni özünə düşmən hesab edən erməni gələcək.

Rəy sorğusu bu adamın Paşinyan və ya Köçəryan olacağını göstərir. Bu məsəlini analiz etmək istəyənlərin düşüncəsində “ikisidə bir bezin qırağıdır” teoriyası düzgün deyil və zərərlidir. Bu insanlar fərqlidir. Köçəryan Moskvanın adamıdır, həm həbsxanadan azad edilməsi, həm seçki kampaniyasının finanslaşdırılması Putin tərəfindən həyata keçirilir və o Köçəryanı dəstəklədiyini açıq aşkar ermənilərə çatdırmaq istəyir.

Köçəryan seçkilərdə qalib gələrsə sözsüz ki, özünü Rusiyanın bir forpost əyalətinin qubernatoru kimi aparacaq. Paşinyan isə Rusiyanın əsarətindən canını qurtarmaq istəyir. Paşinyan seçilməyəcəyi halda Zəngəzur dəhlizinin açılması, sərhədlər barədə müqavilənin bağlanması, Qarabağ ermənilərin statusu barədə bütün məsələlər İrəvanda yox Moskvada həll olunacaqdır.

Bir sözlə Azərbaycan Moskvadan asılı vəziyyətə düşəcək. Türkiyə ilə münasibətə də Moskva müdaxilə edəcək. Paşinyanla isə dil tapmaq mümkündür. Bu insanların ikisidə “eyni bezin qırağı” deyildir”.

Sabiq sipiker sonda qeyd edib ki, erməni xalqının Azərbaycanla düşmənçilik etməkdən yorulduğuna və buna son qoymaq istədiyinə əmindir:

“Ermənilərin əksəriyyəti (azı 70 faizi) türklərlədə düşmənçilik etmək istəmir. Köçəryan kimi yaramaz hakimiyyətə gəlsə, bu məsələləri ermənilər yox, Moskva həll edəcək. Məsələnin belə bitməsi isə Azərbaycanın dövlət maraqları üçün heç də əlverişli şərait deyildir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5589