hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Rəsulzadənin nəvəsi Cebhe.info vasitəsilə Novxanı bələdiyyəsinə müraciət etdi: “Onlara bildirin...”- ÖZƏL

Rəsulzadənin nəvəsi Cebhe.info vasitəsilə Novxanı bələdiyyəsinə müraciət etdi: “Onlara bildirin...”- ÖZƏL

Məhəmməd Əmin Rəsulzadənin ailəsi onun yeni titulsuz barelyefindən narazıdır.

Bu barədə Cebhe.info-ya açıqlama verən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə saytımız vasitəsilə Novxanı bələdiyyəsinə “Onlara bildirin, qoy səhvlərini düzəltsinlər”,- deyə müraciət edib: “Bu adam Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. Onun adının qarşısında titulu yazılmalı idi. Onlar düz yazmayıblar. Əvvəlki səhvlərə görə də tənqid olundular və yeni lövhə düzəldi”.

Xatırladaq ki, yanvarın 15-də Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısından M.Ə.Rəsulzadənin barelyefi oğurlanmışdı. Lövhə oğurlanandan sonra Novxanı bələdiyyəsi Rəsulzadənin yeni barelyefini sifariş vermiş və yerinə vurulmuşdu. Lakin barelyefdə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin adı yanlış olaraq "Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılmışdı. Bundan əlavə lövhədə digər səhvlər də yer almışdı. Səhvlərin düzəlişi üçün lövhə geri göndərilmişdi. Ötən gün yeni lövhə nəhayət ki, hazır olub. Bu dəfə də Məhəmməd Əmin Rəsulzadəyə növbəti sayğısızlıq edilib. Onun lövhədəki təqdimatı titulsuz verilib. Bu isə ictimaiyyətdə Rəsulzadəyə qarşı növbəti sayğısızlıq kimi dəyərləndirilib.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 3568